Zelenski: "Ukraynanın Fransa ordusuna ehtiyacı yoxdur"

Zelenski: "Ukraynanın Fransa ordusuna ehtiyacı yoxdur"

Ukraynanın Fransa ordusuna ehtiyacı yoxdur.

Birxeber.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski BFMTV telekanalına müsahibəsində deyib.

"Ukrayna müqavimət göstərdikcə, Fransa ordusu öz ərazisində qala bilər. Rusiya başqa bir NATO ölkəsinə hücum etsə, vəziyyət tamamilə fərqli olacaq", - deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, fevralın sonunda Fransa Prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalının istisna edilmədiyini bildirmişdi. O, daha sonra ifadəsində düzəliş edərək deyib ki, “bir şeyi istisna etməmək, onu etməklə eyni deyil”.

NATO-nun Baş katibi Yens Stoltenberq bu müzakirələr fonunda Makrona bu cür məsələlərdə müttəfiqlərlə məsləhətləşməyi tövsiyə edib.