Emil Zeynalov: Azərbaycan təmassız ödənişlər üzrə regional liderdir

Emil Zeynalov: Azərbaycan təmassız ödənişlər üzrə regional liderdir

Azərbaycan təmassız ödənişlər kontekstində regionda liderdir.

Birxeber.Az-Economics” xəbər verir ki, bu barədə “Mastercard”ın Azərbaycandakı regional meneceri Emil Zeynalov mətbuat konfransında bildirib.

“Azərbaycan təmassız ödənişlər kontekstində regionda liderdir, Azərbaycanda NFC ödənişlərinin payı 30 faizi ötüb ki, bu da regionda lider statusunu təsdiqləyir”- Emil Zeynalov qeyd edib.

O həmçinin əlavə edib ki, bu il “Mastercard” beynəlxalq kart təşkilatı bir toxunuşla sürətli və təhlükəsiz ödəniş həlli olan "Masterpass"ı Azərbaycanda iki böyük bankın mobil tətbiqinə inteqrasiya etməyi planlaşdırır. Ötən il bu xidmət üzrə böyük əməkdaşlığa başlanılıb.