Le Monde: NATO Soyuq Müharibədən sonra Avropada ən böyük hərbi təlimlər keçirir

Le Monde: NATO Soyuq Müharibədən sonra Avropada ən böyük hərbi təlimlər keçirir

NATO hazırda Soyuq Müharibə bitdikdən sonra Avropada ən böyük hərbi təlimlərini keçirir.

APA xəbər verir ki, bu barədə Le Monde nəşrinin materialında deyilir.

Nəşr qeyd edir ki, hazırda 32 ölkədən 90 minə yaxın hərbçi və ən azı 1100 zirehli texnika Alyansın “Steadfast Defender 24” adlı irimiqyaslı manevrlərində iştirak edir.

“İndiyədək hər hansı eskalasiyanın qarşısını almaq üçün Rusiyanı birbaşa hədəfə almaqdan çəkinən NATO hərbi liderləri indi öz ssenarilərində Moskvanı döyüşməli düşmən kimi müəyyən etməkdən çəkinmirlər. Dragon 24 üçün qoşunlara verilən məqsəd düşmən qüvvələrinin qarşısını almaq üçün Qərbi Avropadan Polşa ilə Belarus arasındakı sərhədə mümkün qədər tez irəliləmək idi” – materialda qeyd edilir.