Britaniya Müsəlmanları Şurasının Baş katibi: Müsəlmanlar sivilizasiya və mədəniyyətlərin formalaşmasına öz töhfəsini verir

Britaniya Müsəlmanları Şurasının Baş katibi: Müsəlmanlar sivilizasiya və mədəniyyətlərin formalaşmasına öz töhfəsini verir

Müsəlman qadınları hər zaman dinlə əlaqəli bütün yükü öz üzərində daşıyır.

"Report" xəbər verir ki, bu fikirləri Böyük Britaniya Müsəlman Şurasının baş katibi Zara Mohammed Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib.

Şuraya baş katib seçilməsinin tarixçəsi barədə danışan Z.Mohammed bildirib ki, həmin dövrdə ona qarşı çox təzyiqlər olub: "Bu, çox sayda kişinin içərisindən məhz mənim seçilməyimdən irəli gəlirdi. Heç bir təzyiqlərə fikir vermədən yalnız bir hədəfə köklənmişdim".

Onun sözlərinə görə, mediada bizim təşkilat barədə çox qərəzli məlumatlar dərc olundu: "Britaniyada yaşayan müsəlmanlar sivilizasiya və mədəniyyətlərin mütərəqqi şəkildə formalaşmasına öz töhfəsini verməkdə daim səylərini səfərbər edir".