Birxeber.az / Britaniya Müsəlmanları Şurasının Baş katibi: Müsəlmanlar sivilizasiya və mədəniyyətlərin formalaşmasına öz töhfəsini verir

Britaniya Müsəlmanları Şurasının Baş katibi: Müsəlmanlar sivilizasiya və mədəniyyətlərin formalaşmasına öz töhfəsini verir

9-03-2024, 16:40

Müsəlman qadınları hər zaman dinlə əlaqəli bütün yükü öz üzərində daşıyır.

"Report" xəbər verir ki, bu fikirləri Böyük Britaniya Müsəlman Şurasının baş katibi Zara Mohammed Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib.

Şuraya baş katib seçilməsinin tarixçəsi barədə danışan Z.Mohammed bildirib ki, həmin dövrdə ona qarşı çox təzyiqlər olub: "Bu, çox sayda kişinin içərisindən məhz mənim seçilməyimdən irəli gəlirdi. Heç bir təzyiqlərə fikir vermədən yalnız bir hədəfə köklənmişdim".

Onun sözlərinə görə, mediada bizim təşkilat barədə çox qərəzli məlumatlar dərc olundu: "Britaniyada yaşayan müsəlmanlar sivilizasiya və mədəniyyətlərin mütərəqqi şəkildə formalaşmasına öz töhfəsini verməkdə daim səylərini səfərbər edir".

Geri qayıt