Polşa XİN rəhbəri NATO qoşunlarının Ukraynaya göndəriləcəyini ehtimal edir

Polşa XİN rəhbəri NATO qoşunlarının Ukraynaya göndəriləcəyini ehtimal edir

Polşanın xarici işlər naziri Radoslav Sikorski Fransa prezidenti Emmanuel Makronun Qərb ölkələrinin qoşunlarının Ukraynaya göndərilməsi təşəbbüsünü bəyəndiyini bildirib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin Varşava Universitetində Polşanın NATO-ya qoşulmasının 25 illiyi münasibətilə keçirilən konfransdakı çıxışına istinadən məlumat yayıb.

“NATO qüvvələrinin Ukraynada olması ağlasığmaz bir şey deyil”, - deyə diplomat bildirib.

Sikorski Fransa prezidenti Emmanuel Makronun Qərb ölkələrindən ibarət silahlı kontingentin Ukraynaya göndərilməsi təşəbbüsünü yüksək qiymətləndirdiyini, məqsədinin Moskvanı qorxutmaq olması ilə izah edib.