Nazir müavini: Azərbaycanda istehsal edilən Macarıstan enerji içkiləri Mərkəzi Asiyaya ixrac ediləcək

Nazir müavini: Azərbaycanda istehsal edilən Macarıstan enerji içkiləri Mərkəzi Asiyaya ixrac ediləcək

Macarıstan şirkətləri Azərbaycana investisiya maraqlarını artırıblar.

APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

Onun sözlərinə görə, Macarıstan şirkətlərinin yatırımları xidmət, ticarət və nəqliyyat sektorlarını daha çox əhatə edib.

“Məsələn, ötən il “Azərbaycan İnvestisiya Şirkəti” və Macarıstanın “Hell Energy” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədə əsasən, Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması layihəsi həyata keçirilir. Layihə üzrə 700 mln. ədəd alüminium içki qutuları istehsal edilib, doldurulub və əsasən Mərkəzi Asiya ölkələrinə ixrac ediləcək”- nazir müavini əlavə edib.