Salford Universitetinin müəllimi: İslamofobiya müsəlmanların mənsubiyyətini sıxışdıran amildir

Salford Universitetinin müəllimi: İslamofobiya müsəlmanların mənsubiyyətini sıxışdıran amildir

İslamofobiya müsəlmanların kimliyini, mənsubiyyətini sıxışdıran amildir.

“Birxeber.Az” xəbər verir ki, bunu Salford Universitetində kriminologiya üzrə müəllim Fahid Əhməd Quraşi "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Ali təhsil kontekstində islamofobiya ilə mübarizə" adlı plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, islamofobiya dünyada günü-gündən artmaqdadır: “Müsəlmanlar özlərini olduqları kimi aparmalı, kimliklərini gizlətmək məcburiyyətində qalmamalıdırlar. Bəzən tələbə yataqxanalarında müsəlman tələbələri təhlükə kimi görürlər. Bunların hamısı çoxsaylı məsələlərin müzakirəsinə rəvac verir”.