Bakıda piyadanı avtomobil vuraraq öldürüb

Bakıda piyadanı avtomobil vuraraq öldürüb

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Birxeber.Az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“Hyundai” markalı minik avtomobil 45-50 yaşlı, hələlik ad və soyadı naməlum olan şəxsi vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.