Azərbaycan çempionatının bombardiri 56 yaşında karyerasını bərpa edib

Azərbaycan çempionatının bombardiri 56 yaşında karyerasını bərpa edib

"Kəpəz" klubunun sabiq futbolçusu Rövşən Əhmədov 56 yaşında karyerasını bərpa edib.

"Report" xəbər verir ki, keçmiş hücumçu Region Liqasında "VT Gəncə"nin heyətində "Şəki" ilə matçda start heyətində meydana çıxıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Rövşən Əhmədov "Kəpəz"in heyətində 3 dəfə çempion, 1996/1997 mövsümündə 23 qolla komanda yoldaşı Fazil Pərvərovla birgə Azərbaycan çempionatının bombardiri olub.