Birxeber.az / Azərbaycan çempionatının bombardiri 56 yaşında karyerasını bərpa edib

Azərbaycan çempionatının bombardiri 56 yaşında karyerasını bərpa edib

6-03-2024, 11:40

"Kəpəz" klubunun sabiq futbolçusu Rövşən Əhmədov 56 yaşında karyerasını bərpa edib.

"Report" xəbər verir ki, keçmiş hücumçu Region Liqasında "VT Gəncə"nin heyətində "Şəki" ilə matçda start heyətində meydana çıxıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Rövşən Əhmədov "Kəpəz"in heyətində 3 dəfə çempion, 1996/1997 mövsümündə 23 qolla komanda yoldaşı Fazil Pərvərovla birgə Azərbaycan çempionatının bombardiri olub.

Geri qayıt