Azərbaycan BƏƏ vətəndaşlarının bayramlarda üz tutacağı əsas ölkələrdəndir

Azərbaycan BƏƏ vətəndaşlarının bayramlarda üz tutacağı əsas ölkələrdəndir

Azərbaycan bu il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşlarının Ramazan və Qurban bayramlarında üz tutacağı populyar istiqamətlərdən və yaxud əsas ölkələrdəndir.

“Report” xəbər verir ki, bu barədə BƏƏ-nin səyahətlərin idarə edilməsi üzrə aparıcı şirkəti musafir.com məlumat yayıb.

Məlumata görə, federativ dövlətin sakinlərinin çoxu Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan və Qırğızıstana üz tutacaqlar. Bu isə həmin ölkələrdə viza rejiminin sadə olması, səyahətin nisbətən ucuz başa gəlməsi ilə bağlıdır.