Türkiyədə zəlzələdə yaralananların sayı 50-yə çatıb - YENİLƏNİB-4

Türkiyədə zəlzələdə yaralananların sayı 50-yə çatıb - YENİLƏNİB-4

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.

“Birxeber.Az” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib. 

Mütəxəssislər yeraltı təkanların təkrarlana biləcəyini istisna etmirlər.

09:53

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.

“Birxeber.Az” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib ki, zəlzələdə ölən olmayıb: “Bu, ən böyük təsəllimizdir”.

O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan mövcud durumla yaxından izləyir: “Bəzi yerlərdə elektrik enerjisi kəsilib, amma tədricən bərpa edilir. Gün ərzində bu məsələ həllini tapacaq.

Zəlzələdən sonra 70-dən çox afterşoklar qeydə alınıb. Müxtəlif qurumlar, o cümlədən Qızıl Aypara Cəmiyyəti vətəndaşlarımıza kömək edir, dəstək olurlar”.

Nazirin sözlərinə görə, əraziyə xilasedicilər cəlb edilib: “Zəlzələ bir çox regionda hiss edilib”.

Düzce valisi Cevdat Atay bəzi ərazilərdə, o cümlədən Düzcede və Boluda məktəblərdə tədrisin dayandırıldığını bildirib.

Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın sözlərinə görə isə vətəndaşlara dəstək olmaq üçün bölgəyə 10 psixososial qrup göndərilib.

08:26

Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 35 nəfərə çatıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.

07:15

Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

“Düzce vilayətində 22 yaralımız var. Onlardan biri hündürlükdən tullanıb, ağır vəziyyətdədir. Düzceyə lazımi sayda təcili yardım və mütəxəssis göndərilib”, - Fahrettin Koca sosial şəbəkə hesabında yazıb.

Türkiyə rəsmilərinin məlumatına görə, zəlzələ nəticəsində tələfat yoxdur. Düzcedə bir çox evdə çatlar əmələ gəlib, qismən dağıntılar var.

06:18

Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb.

Bundan əvvəl maqnitudanın 6,0 olduğu bildirilirdi. Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib.

Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub.

Düzce bələdiyyə sədri Faruk Özlü bildirib ki, ilkin məlumatlara görə, zəlzələ nəticəsində ölən olmayıb. Hazırda Düzcedə elektrik enerjisinin verilməsi dayandırılıb, ölkədə internet bağlantısı ilə əlaqədar problemlər var.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələ baş verən andan indiyədək insan tələfatı ilə bağlı heç bir məlumatın daxil olmadığını deyib:

"İstanbul, Tekirdağ, Kocaeli, Əskişəhər, Zonguldak, Sakarya, Biləcik, Bolu, Karabük və Bartın vilayətlərində qruplarımıza can itkisi ilə bağlı məlumat daxil olmayıb. Hadisələrin gedişatı barədə ictimaiyyətə məlumat veriləcək".

Region Region
Zelenski Medvedçuku vətəndaşlıqdan çıxarıb

Zelenski Medvedçuku vətəndaşlıqdan çıxarıb

Region Region
Türkiyənin 46 folklorçusu Gürcüstanda qidadan zəhərlənib

Türkiyənin 46 folklorçusu Gürcüstanda qidadan zəhərlənib

Region Region
Zelenski: “Odessanı qorumaq üçün əlavə “SAMP-T” və ya “Patriot”lərə ehtiyacımız var”

Zelenski: “Odessanı qorumaq üçün əlavə “SAMP-T” və ya “Patriot”lərə ehtiyacımız var”

Region Region
Putin ilk dəfə “Vaqner”çilərlə görüşünün təfərrüatlarını açıqlayıb

Putin ilk dəfə “Vaqner”çilərlə görüşünün təfərrüatlarını açıqlayıb

Region Region
İskəndərun limanında zəlzələdən sonra yanğın başlayıb

İskəndərun limanında zəlzələdən sonra yanğın başlayıb

Region Region
Mövlud Çavuşoğlu: "Türkiyə-İsrail münasibətlərinin normallaşması üçün hər iki tərəfdə siyasi iradə var"

Mövlud Çavuşoğlu: "Türkiyə-İsrail münasibətlərinin normallaşması üçün hər iki tərəfdə siyasi iradə var"

Region Region
Politoloq: “İranın nüvə müqaviləsindən çıxması regionda əlavə gərginlik yarada bilər"

Politoloq: “İranın nüvə müqaviləsindən çıxması regionda əlavə gərginlik yarada bilər"

Region Region
Xerson hücuma məruz qalıb, 23 nəfər ölüb, 46 nəfər yaralanıb

Xerson hücuma məruz qalıb, 23 nəfər ölüb, 46 nəfər yaralanıb

Region Region
Putin AAİŞ sammitində iştirak etmək üçün Bişkekdə səfərdədir

Putin AAİŞ sammitində iştirak etmək üçün Bişkekdə səfərdədir

Region Region
KİV: ABŞ və İran məhbus mübadiləsi ilə bağlı razılığa gəlib

KİV: ABŞ və İran məhbus mübadiləsi ilə bağlı razılığa gəlib

Region Region
Özbəkistanda partlayışla nəticələnən yanğın olub

Özbəkistanda partlayışla nəticələnən yanğın olub

Region Region
Sözçü: "Ukrayna ordusu Baxmut, Toretsk və Berdyansk istiqamətlərində irəliləyir"

Sözçü: "Ukrayna ordusu Baxmut, Toretsk və Berdyansk istiqamətlərində irəliləyir"