Əmanətlərin Sığortalanması Fondu mənfəətini artırıb

Əmanətlərin Sığortalanması Fondu mənfəətini artırıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) cəmi aktivləri 2023-cü il yanvarın 1-nə 566,499 milyon manat təşkil edib.

“Report” ADIF-in maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvarın 1-i ilə müqayisədə 14 % çoxdur.

ADIF-in aktivlərinin 455,84 milyon manatını dövlət vekselləri təşkil edib. Bu, illik müqayisədə 0,08 % çoxdur.

2022-ci ildə ADIF-in cəmi öhdəlikləri 11,3 % azalaraq 293,106 milyon manata, o cümlədən kompensasiya ödənişləri üzrə öhdəlikləri 25 % azalaraq 22,585 milyon manata düşüb.

Fondun cəmi kapitalı 64,4 % artaraq 273,393 milyon manata çatıb.

ADIF 2022-ci ili 107,139 milyon manat mənfəətlə başa vurub. Bu, 2021-ci ilə nisbətən 2,5 % çoxdur.

Qeyd edək ki, ADIF 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.