"Neftçi"nin kapitanı "Qarabağ"la oyunda zədələnib

"Neftçi"nin kapitanı "Qarabağ"la oyunda zədələnib

"Neftçi"nin futbolçusu Emin Mahmudov zədələnib.

"Birxeber.Az"un məlumatına görə, yarımmüdafiəçi "Qarabağ"a qarşı keçirdikləri Premyer Liqanın XXV tur matçında sıradan çıxıb.

Kapitan 51-ci dəqiqədə əvəzlənib. Onun yerinə meydana Eddi İsrafilov daxil olub.

Qeyd edək ki, "Qarabağ" hazırda hesabda öndədir - 1:0.