İki gun əvvəl Ağdaşda yol qəzasında xəsarət alan şəxs ölüb

İki gun əvvəl Ağdaşda yol qəzasında xəsarət alan şəxs ölüb

İki gun öncə Ağdaş rayonununda baş vermiş yol qəzasında xəsarət alan şəxs ölüb.

APA-nin Şirvan bürosu xəbər verir ki, yanvarın 23-də Ağdaş şəhəri ərazisində “VAZ-21011” və “Honda” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan rayon sakini Münasib Qasımov bu gün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya məlumatı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, hadisə nəticəsində həmin gün bir nəfər ölmüş, 4 nəfər xəsarət almışdı.