Ədən körfəzi yaxınlığında gəmiyə hücum edilib

Ədən körfəzi yaxınlığında gəmiyə hücum edilib

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) Yəmən sahillərində gəmiyə hücum edildiyini açıqlayıb.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, hadisə Yəmənin Ədən limanından 45 dəniz mili cənubda baş verib.

“Səlahiyyətlilər araşdırmalar aparır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur”, - məlumatda qeyd edilib.

Koordinasiya Mərkəzi hadisəni hücum kimi təsnif edərək, bu barədə məlumatın gəminin kapitanından alındığını bildirib.