Azərbaycanda mobil bankçılıq xidməti göstərən bankların sayı açıqlanıb

Azərbaycanda mobil bankçılıq xidməti göstərən bankların sayı açıqlanıb

Bu il yanvarın 1-nə Azərbaycandakı 23 bankdan 20-si mobil bankçılıq xidməti təqdim edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 1 vahid azdır.

İnternet bankçılığı xidməti isə ölkədəki bütün bankları əhatə edib.