Rəşad Nəbiyev alman şirkətlərinin nümayəndələri ilə görüşüb

Rəşad Nəbiyev alman şirkətlərinin nümayəndələri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Almaniyanın Şərqi Biznes Assosiasiyasının və müvafiq sahədə fəaliyyət göstərən alman şirkətlərinin nümayəndələri ilə görüşüb.

Bu barədə “APA-Economics”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilb.

Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları və alman şirkətlərinin ölkəmizdə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.