Birxeber.az / Rəşad Nəbiyev alman şirkətlərinin nümayəndələri ilə görüşüb

Rəşad Nəbiyev alman şirkətlərinin nümayəndələri ilə görüşüb

28-02-2024, 14:50

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Almaniyanın Şərqi Biznes Assosiasiyasının və müvafiq sahədə fəaliyyət göstərən alman şirkətlərinin nümayəndələri ilə görüşüb.

Bu barədə “APA-Economics”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilb.

Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları və alman şirkətlərinin ölkəmizdə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Geri qayıt