Papua-Yeni Qvineyada avstraliyalı pilot və iki sərnişini qaçırılıb

Papua-Yeni Qvineyada avstraliyalı pilot və iki sərnişini qaçırılıb

Papua-Yeni Qvineyada avstraliyalı pilot və iki sərnişini qaçırılıb.

Birxeber.Az “Reuters”ə istinadən xəbər verir ki, məlumatı Papua-Yeni Qvineya polisi yayıb. Bildirilib ki, ucqar Hela regionunda yerləşən Sisa dağındakı telekommunikasiya sahəsində çalışan avstraliyalı pilot və iki yerli işçi silahlı qrup tərəfindən girov götürülüb.

Məlumata görə, silahlı qrupla aparılmış danışıqlar sayəsində girovlar qaçırıldıqdan bir neçə saat sonra heç bir xəsarət almadan sərbəst buraxılıblar.

Lamiyə Şirinova