İsrail ordusu Qəzzadan sakinlərin evakuasiyası planını təqdim edib

İsrail ordusu Qəzzadan sakinlərin evakuasiyası planını təqdim edib

İsrail ordusu ölkənin hərbi-siyasi kabinetinə Qəzza zolağındakı döyüş bölgələrindən əhalinin təxliyəsi planını təqdim edib.

"Report"un xarici mətbuata istinadən xəbərinə görə, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun Dəftərxanası məlumat yayıb.

“Hərbi-siyasi kabinetin iclasında İsrail ordusunun Qəzzadakı döyüş bölgələrindən əhalinin təxliyəsi və gələcək əməliyyat planlarını təqdim edib. Həmçinin Qəzzaya humanitar yardımın çatdırılması planı təsdiqlənib”, - məlumatda deyilir.