İsrailin milli təhlükəsizlik naziri avtomobil qəzasına düşüb - VİDEO

İsrailin milli təhlükəsizlik naziri avtomobil qəzasına düşüb - VİDEO

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir öz xidməti avtomobilində qəzaya düşüb.

Birxeber.Az-nın “The Jerusalem Post”a istinadən xəbərinə görə, hadisə Ramla şəhərində terror aktının törədildiyi ərazidən gedərkən baş verib.

Şahidlərin dediyinə görə, işıqforun qadağanedici işığında keçən avtomobil digər maşınla toqquşub.

Hadisə nəticəsində nazir də daxil olmaqla, 3 nəfər xəsarət alıb.