Qəbələdə mikroavtobus minik avtomobili ilə toqquşub, xarici ölkə vətəndaşı xəsarət alıb

Qəbələdə mikroavtobus minik avtomobili ilə toqquşub, xarici ölkə vətəndaşı xəsarət alıb

Qəbələ şəhərində “Mercedes Vito” markalı mikroavtobus minik avtomobili ilə toqquşub, xarici ölkə vətəndaşı xəsarət alıb.

Birxeber.Az-nin Şirvan bürosu xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Qəza nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşı 1983-cü il təvəllüdlü Farah Alrefaei Hmsye xəsarət alıb.

Xəsarət alan şəxs Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin yolların buz bağlaması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.