Birxeber.az / Qəbələdə mikroavtobus minik avtomobili ilə toqquşub, xarici ölkə vətəndaşı xəsarət alıb

Qəbələdə mikroavtobus minik avtomobili ilə toqquşub, xarici ölkə vətəndaşı xəsarət alıb

25-02-2024, 15:50

Qəbələ şəhərində “Mercedes Vito” markalı mikroavtobus minik avtomobili ilə toqquşub, xarici ölkə vətəndaşı xəsarət alıb.

Birxeber.Az-nin Şirvan bürosu xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Qəza nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşı 1983-cü il təvəllüdlü Farah Alrefaei Hmsye xəsarət alıb.

Xəsarət alan şəxs Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin yolların buz bağlaması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt