Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən Böyük Dəbilqə turnirində final qarşılaşmasına çıxıb.

"Report"un məlumatına görə, 73 kq-da yer alan idmançı həlledici görüşdə kanadalı Artur Margelidonla üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən Heydərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medal qazanıb.

14:21

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

"Report"un məlumatına görə, ilk olaraq 81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi yarımfinalda macarıstanlı Attila Unqvariyə qalib gəlib. O, qızıl medal uğrunda belçikalı Mattias Kasse ilə görüşəcək.

73 kq-dakı Hidayət Heydərov ispaniyalı Salvador Rokaya qalib gələrək finalda kanadalı Artur Margelidona rəqib olub.

Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı təsəlliverici görüşdə sloveniyalı Andreya Leskiyə yenilib.

Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.

13:48

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və 81 kq-da yarışan Səid Mollayi bu raundadək irəliləyə bilib.

Heydərov finala gedən yolda ispaniyalı Salvador Roka ilə, Mollayi macarıstanlı Attila Unqvari ilə güləşəcək.

73 kq-dakı idmançılardan Vüsal Qələndərzadə və Rüstəm Orucov 1/8 finalda, Telman Vəliyev 1/16 finalda məğlub olub.

81 kq-da Elcan Hacıyev və Ömər Rəcəbli 1/16 finalda, Zelim Tçkayev isə 1/8 finalda yenilib.

Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı təsəlliverici görüşdə sloveniyalı Andreya Leski ilə üz-üzə gələcək. Eyni çəkidəki Nərgiz Hacıyeva ilk qarşılaşmasından məğlub ayrılıb.

70 kq-da Südabə Ağayeva və Günel Həsənli də məğlub olduqları üçün medal şanslarını itirib.

Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.

Fərdi Fərdi
Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti bəlli olub

Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti bəlli olub

Fərdi Fərdi
Azərbaycanın stolüstü tennisçiləri erməni rəqiblərini məğlub ediblər

Azərbaycanın stolüstü tennisçiləri erməni rəqiblərini məğlub ediblər

Fərdi Fərdi
Rafael Ağayevin "Karate Combat"dakı növbəti döyüşünün vaxtı açıqlanıb

Rafael Ağayevin "Karate Combat"dakı növbəti döyüşünün vaxtı açıqlanıb

Fərdi Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionu olub   

Azərbaycan avarçəkəni Avropa çempionu olub  

Fərdi Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Fərdi Fərdi
Avropa Oyunlarında zədə alan Azərbaycan karateçisinin son durumu açıqlanıb

Avropa Oyunlarında zədə alan Azərbaycan karateçisinin son durumu açıqlanıb

Fərdi Fərdi
Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəlib

Fərdi Fərdi
Azərbaycan güləşçisi reytinq turnirində qızıl medal qazanıb

Azərbaycan güləşçisi reytinq turnirində qızıl medal qazanıb

Fərdi Fərdi
Veteranların Avropa Oyunlarında 6 medal qazanmış atletlər Vətənə qayıdıblar

Veteranların Avropa Oyunlarında 6 medal qazanmış atletlər Vətənə qayıdıblar

Fərdi Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Fərdi Fərdi
Meksikalı boksçu döyüşdə aldığı xəsarətə görə bir ildən sonra vəfat edib

Meksikalı boksçu döyüşdə aldığı xəsarətə görə bir ildən sonra vəfat edib

Fərdi Fərdi
Avropa Oyunları: Azərbaycan badmintonçuları məğlub olub - YENİLƏNİB - 2

Avropa Oyunları: Azərbaycan badmintonçuları məğlub olub - YENİLƏNİB - 2