Cəlilabadda üzüm bağları xeyli azaldılıb 

Cəlilabadda üzüm bağları xeyli azaldılıb 

Cəlilabad rayonunda bu il üzüm bağları xeyli azaldılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, son illər məhsulun qiymətinin ucuzlaşması fermerlərin bu sahəyə marağını azaldılıb.

Fermerlərin sözlərinə görə, ötən il baş verən dolu hadisəsi də təxminən üzümün məhsuldarlığını 8-10 dəfə azaldıb. Məcbur olaraq bağları ləğv edib, digər bitki növlərini əkiblər.

Fermerlər, həmçinin məhsulun satışında da çətinlik olduğunu qeyd edir. Onlar daha bir səbəbi mineral gübrələrin qiymətinin artması ilə əlaqələndirir.

Qeyd edək ki, Cəlilabad rayonunda 1400 hektara yaxın üzüm bağı var. Ötən mövsüm bağlardan 13 min tona yaxın məhsul tədarük olunub.