Dövlət Komissiyası: Şəxsiyyəti müəyyənləşdirilmiş 73 itkinin dəfniylə əlaqədar plan hazırlanacaq

Dövlət Komissiyası: Şəxsiyyəti müəyyənləşdirilmiş 73 itkinin dəfniylə əlaqədar plan hazırlanacaq

İtkin düşmüş şəxslərdən şəxsiyyəti müəyyənləşdirilmiş 73 nəfərin dəfni ilə bağlı Dövlət Komissiyası aidiyyəti dövlət qurumları ilə birgə plan hazırlyacaq.

Birxeber.Az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

“30 il səbir etmisiniz, bir az da səbir edin. 73 nəfərin dəfni plan əsasında həyata keçiriləcək”, - Eldar Səmədov qeyd edib .