Banqladeşdə anomal istilər nəticəsində 10 nəfər ölüb

Banqladeşdə anomal istilər nəticəsində 10 nəfər ölüb

Banqladeşdə bir həftə ərzində ən azı 10 nəfər qızmar temperatur səbəbilə ölüb.

Birxeber.Az “The Daily Star”a istinadən xəbər verir ki, Banqladeşdə bir həftə ərzində səkkiz kişi və iki qadın olmaqla ən azı 10 nəfər anomal istilər səbəbilə ölüb. Banqladeş hazırda son illərin ən şiddətli isti dalğalarından biri ilə mübarizə aparır.

Qeyd edək ki, ölkə ibtidai və orta məktəblərin cümə axşamına qədər bağlanmasını əmr edib.

Lamiyə Şirinova