Müstəmləkələrdən oğurlanaraq Fransaya daşınan sərvətlərin qaytarılması üçün petisiyaya start verilib

Müstəmləkələrdən oğurlanaraq Fransaya daşınan sərvətlərin qaytarılması üçün petisiyaya start verilib

Keçmiş və indiki müstəmləkələrdən oğurlanaraq materik Fransaya daşınan 100 mindən artıq maddi və mədəni sərvətin geri qaytarılması üçün petisiyaya start verildiyi elan edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə qərar Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfransın sonunda elan edilib.

Bildirilib ki, bununla bağlı müxtəlif kampaniyalar həyata keçiriləcək.