Fərrux yüksəkliyində antiterror əməliyyatları keçirmiş hərbi birləşmənin adı açıqlanıb

Fərrux yüksəkliyində antiterror əməliyyatları keçirmiş hərbi birləşmənin adı açıqlanıb

“Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan erməni silahlı birləşmələrinin törətdikləri təxribatların qarşısının alınması məqsədilə 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Hadrut qəsəbəsində və 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı qüvvələrinin keçirdikləri uğurlu antiterror əməliyyatları, həmçinin 2021-ci ilin may ayında Kəlbəcər rayonunun Dəmirdağ yüksəkliyində Azərbaycan Ordusunun təminat yollarını minalayan Ermənistanın kəşfiyyat-diversiya qrupunun terrorçuluq fəaliyyətinin qarşısının alınması əməliyyatı da xüsusilə qeyd edilməlidir”.

“Birxeber.Az” xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin “Azərbaycan” qəzetində dərc edilən “44 günə fəth olunan zəfər zirvəsi” adlı məqaləsində yer alıb.

Onun sözlərinə görə, Vətən müharibəsi dövründə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İraq və Suriyadan gətirilmiş, terror qruplaşması ilə əlaqəli olan şəxslərin radio danışıqlarının əldə olunması, döyüşlərdə iştirak edən livanlı muzdlu-terrorçunun saxlanılaraq məsuliyyətə cəlb edilməsi Azərbaycana qarşı aparılan hərbi əməliyyatlarda müəyyən maddi qarşılıq müqabilində düşmən tərəfində xarici vətəndaşların iştirakını təsbit edən faktlar kimi vurğulanmalıdır.

“Azərbaycanın illərdir Ermənistanın işğalı altında qalan ərazilərini azad etməsi əməliyyatına hər cür maneçilik törədilməsini qarşısına məqsəd qoymuş bir sıra xarici dairələrin müharibə dövründə hadisələri manipulyasiya cəhdləri boşa çıxdı. Döyüş meydanında gedən gərgin savaşın fonunda informasiya mübarizəsi çərçivəsində də düşmən tərəfindən ölkəmizə qarşı çirkin piar kampaniyası aparılır, Dağlıq Qarabağ münaqişəsinin alovlanması, Vətən müharibəsinin gedişatı barədə uydurma və yalan informasiyaların beynəlxalq cəmiyyətə çatdırılmasına çalışılırdı. Lakin düşmən döyüş meydanında olduğu kimi informasiya mübarizəsi sahəsində də uğursuzluğa düçar olub”, - DTX rəisi əlavə edib.

QARABAĞ QARABAĞ
Gələn il TÜRKPA-nın komitə iclası Şuşada keçiriləcək

Gələn il TÜRKPA-nın komitə iclası Şuşada keçiriləcək

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 18 avtomobili maneəsiz keçib - VİDEO - YENİLƏNİB-7

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 18 avtomobili maneəsiz keçib - VİDEO - YENİLƏNİB-7

QARABAĞ QARABAĞ
Səccad Kərim: “Azərbaycan ərazilərinin minalardan təmizlənməsində böyük tərəqqi müşahidə olunur”

Səccad Kərim: “Azərbaycan ərazilərinin minalardan təmizlənməsində böyük tərəqqi müşahidə olunur”

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlılara məxsus avtomobillərin sayı 32-yə çatıb - YENİLƏNİB-4

Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlılara məxsus avtomobillərin sayı 32-yə çatıb - YENİLƏNİB-4

QARABAĞ QARABAĞ
Blinken: “Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər”

Blinken: “Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər”

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 2 avtomobili maneəsiz keçib 

Xankəndi-Laçın yolunda sülhməramlıların 2 avtomobili maneəsiz keçib 

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 123 gündür yüksək fəallıqla davam edir

Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 123 gündür yüksək fəallıqla davam edir

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 59 avtomobili maneəsiz keçib - YENİLƏNİB-5

Xankəndi-Laçın yolunda sülhməramlıların 59 avtomobili maneəsiz keçib - YENİLƏNİB-5

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolu: aksiya axşam saatlarında da ruh yüksəkliyi ilə davam edir 

Xankəndi-Laçın yolu: aksiya axşam saatlarında da ruh yüksəkliyi ilə davam edir 

QARABAĞ QARABAĞ
Ağdamda yol çəkən texnika

Ağdamda yol çəkən texnika

QARABAĞ QARABAĞ
Azad edilən erməni əsilli futbolçuların Ermənistana göndərilməsini əks etdirən görüntülər yayılıb

Azad edilən erməni əsilli futbolçuların Ermənistana göndərilməsini əks etdirən görüntülər yayılıb

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz hərəkət edib - YENİLƏNİB-2

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz hərəkət edib - YENİLƏNİB-2