Birxeber.az / Lənkəranda avtomobil yanıb

Lənkəranda avtomobil yanıb

24-02-2024, 18:40

Lənkəranda avtomobil yanıb.

“Birxeber.Az”un Cənub bürosunun məlumatına görə hadisə Vilvan kəndi ərazisində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Simran Kamran oğlu Rufullayevə məxsus “Mercedes-Benz G180” markalı minik avtomobilinin mühərrik hissəsi anidən alışıb.

Hadisə yerinə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğının avtomobilin digər hissələrinnə keçməsinin qarşısı alınıb.

Geri qayıt