Hindistanda fişəng zavodunda partlayış baş verib, 10 nəfər ölüb

Hindistanda fişəng zavodunda partlayış baş verib, 10 nəfər ölüb

Hindistanın cənubundakı Tamil Nadu ştatında fişəng zavodunda partlayış baş verib.

Birxeber.Az xəbər verir ki, bu barədə Hindistan polisi məlumat yayıb.

Hadisə nəticəsində 10 nəfər ölüb, 9-u ağır yaralanıb.

Partlayış ştatın Virudhunaqar rayonunda baş verib.

Polisin məlumatına görə, partlayış baş verən zaman işçilər zavodda olublar.

Yaralılar dövlət xəstəxanasına yerləşdiriliblər.