Birxeber.az / Hindistanda fişəng zavodunda partlayış baş verib, 10 nəfər ölüb

Hindistanda fişəng zavodunda partlayış baş verib, 10 nəfər ölüb

18-02-2024, 01:50

Hindistanın cənubundakı Tamil Nadu ştatında fişəng zavodunda partlayış baş verib.

Birxeber.Az xəbər verir ki, bu barədə Hindistan polisi məlumat yayıb.

Hadisə nəticəsində 10 nəfər ölüb, 9-u ağır yaralanıb.

Partlayış ştatın Virudhunaqar rayonunda baş verib.

Polisin məlumatına görə, partlayış baş verən zaman işçilər zavodda olublar.

Yaralılar dövlət xəstəxanasına yerləşdiriliblər.

Geri qayıt