Baku TV-nin altı yaşı tamam olur

Baku TV-nin altı yaşı tamam olur

Fevralın 18-i Baku TV-nin altı yaşı tamam olur.

"Birxeber.Az" xəbər verir ki, altı il əvvəl yola çıxan Baku TV-nin əsas hədəfi budur: Dünyada və ölkədə baş verən ən aktual xəbərləri operativ və düzgün şəkildə tamaşaçılara çatdırmaq, etibarlı auditoriya yaratmaq.

Bu gün böyük kütləyə xitab etməyi bacaran, istər sosial şəbəkələrdə, istərsə də kabel və peyk yayımında dünyaya xitab edən Baku TV sağlam addımlarla yeni hədəflərə doğru irəliləyir.

Baku TV-nin baş redaktoru Elmar Əbilov deyir ki, kanal günü-gündən böyüyür: “Yeni ildə bizi yeni planlar gözləyir. Planları açıqlamaq istəməzdim. Bizi izləyən tamaşaçılar onların görüşünə hansı yeniliklərlə gələcəyimizi görəcəklər”.