Sumqayıtda Prius yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTO

Sumqayıtda Prius yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTO

Sumqayıtda ağır-yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Birxeber.Az xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

İsuzu markalı yük avtomobili ilə Toyota Prius markalı avtomobil toqquşub. Nəticədə İsuzu aşaraq ərazidə yerləşən restoranın məhəccərlərini yararsız hala salıb.

Qəza zamanı Toyota Priusun sürücüsü Vüsal Hacılı xəsarət alıb. O dərhal xəstəxanaya çatdırılıb.

Priusda sürücüdən əlavə yanında olan sərnişin 1991-ci il təvəllüdlü Tural Şəfiyev də xəsarət alıb, vəziyyətləri kafidir.