Zelenskinin nümayəndəsi: "Rusiyanın Ukrayna taxılının daşınmasına mane olmaması üçün BMT bütün rıçaqlardan istifadə etməlidir"

Zelenskinin nümayəndəsi: "Rusiyanın Ukrayna taxılının daşınmasına mane olmaması üçün BMT bütün rıçaqlardan istifadə etməlidir"

Qərbdən olan tərəfdaşlarımız, ilk növbədə “taxıl sazişi”ni imzalanmasının əsas ideoloqu olan BMT Rusiyanın Ukrayna taxılının daşınmasına mane olmaması üçün bütün rıçaqlardan istifadə etməlidir.

Bunu "Birxeber.Az"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) “Xalqın xidmətçisi” Partiyasından deputatı, Prezident Volodimir Zelenskinin Konstitusiya Məhkəməsində xüsusi nümayəndəsi Fyodor Venislavskiy bildirib.

Onun sözlərinə görə, Moskvanın “taxıl sazişi”ndə iştirakı dayandırması belə, bu sazişin həyata keçirilməsinin qarşısının alınması üçün əsas ola bilməz:

"Ukrayna hökuməti Odessadan çıxan və Türkiyədəki limanlara səfər edən mülki gəmilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif dövlətlərlə danışıqlar aparacaq. Hesab edirəm ki, bu mənada mülki gəmilərin məhz bizim tərəfdaşlarımızın hərbi gəmilərlə müşayiət edilməsi variantlardan biridir. Onlar gəmilərin təhlükəsizliyinə təminat verəcək. Bu həcmdə taxılı alternativ yollarla daşımaq mümkün deyil, çünki dəmir yollarının ötürücülük qabiliyyəti məhduddur. Buna görə də dəmir yolu vasitəsilə dəfələrlə az taxıl daşımaq olar. Buna görə də Rusiyanın ac və ehtiyacı olan insanların yaşadığı ölkələr üçün taxılın daşınmasına maneə yaratmaması üçün əlimizdən gələni edəcəyik".

F.Venislavskiy hesab edir ki, Rusiyanın “taxıl sazişi”ndə iştirakı dayandırması onun dünyanı şantaj etməsi kimi qiymətləndirilə bilər:

"Belə ki, o, ilk növbədə Ukrayna ərazisində oğurladığı taxılı satmaq və əldə etdiyi gəlirlərlə silahlı qüvvələrini maliyyələşdirmək istəyir. Digər tərəfdən, bu, dünyanı, bütün tərəfdaşlarımızı şantaj etmək deməkdir. Məqsəd bununla Ukraynaya təzyiq göstərməkdir. Rusiya döyüş meydanında uğur qazana bilmədiyini anlayır. Odur ki, o, bundan beynəlxalq səviyyədə siyasi şantaj kimi istifadə etməyə çalışır".

Onun sözlərinə görə, Rusiyanın bu addımları müxtəlif ölkələrdə yaşayan, aclıqla üzləşən insanlara zərbə vurur.

Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan və İstanbulda yerləşən Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub. Rusiya oktyabrın 29-da birtərəfli qaydada bu sazişdən imtina edib.

Digər ölkələr Digər ölkələr
Nazir: "Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”

Nazir: "Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”

Digər ölkələr Digər ölkələr
Almaniya kansleri: “Rusiyanın Ukraynaya qarşı müharibəsi tez bir zamanda bitməyəcək”

Almaniya kansleri: “Rusiyanın Ukraynaya qarşı müharibəsi tez bir zamanda bitməyəcək”

Digər ölkələr Digər ölkələr
MİT İraqın şimalında yeni əməliyyat keçirib, PKK/KCK-nin rəhbər şəxsi məhv edilib

MİT İraqın şimalında yeni əməliyyat keçirib, PKK/KCK-nin rəhbər şəxsi məhv edilib

Digər ölkələr Digər ölkələr
İndoneziyada baş vermiş zəlzələ nəticəsində 20-dək insan ölüb

İndoneziyada baş vermiş zəlzələ nəticəsində 20-dək insan ölüb

Digər ölkələr Digər ölkələr
ABŞ Prezidenti Ukraynanın Avropa İttifaqına üzvlüyünü mümkün hesab edir

ABŞ Prezidenti Ukraynanın Avropa İttifaqına üzvlüyünü mümkün hesab edir

Digər ölkələr Digər ölkələr
Vaşinqton və Tokio Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

Vaşinqton və Tokio Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

Digər ölkələr Digər ölkələr
ABŞ BMT vasitəsilə Əfqanıstana 150 milyon dollar ayırır

ABŞ BMT vasitəsilə Əfqanıstana 150 milyon dollar ayırır

Digər ölkələr Digər ölkələr
Burkina-Fasoda 60-a yaxın adam öldürülüb

Burkina-Fasoda 60-a yaxın adam öldürülüb

Digər ölkələr Digər ölkələr
Çin litiuma sərmayə qoyuluşuna məhdudiyyətə görə Kanadaya etiraz edib

Çin litiuma sərmayə qoyuluşuna məhdudiyyətə görə Kanadaya etiraz edib

Digər ölkələr Digər ölkələr
ABŞ sərhəddə miqrantlarla bağlı fövqəladə vəziyyət elan edib

ABŞ sərhəddə miqrantlarla bağlı fövqəladə vəziyyət elan edib

Digər ölkələr Digər ölkələr
ABŞ Çinin hava şarını vurub

ABŞ Çinin hava şarını vurub

Digər ölkələr Digər ölkələr
Yunanıstan neonasist partiyanın mayın 21-də keçiriləcək seçkilərdə iştirakını yasaqlayıb

Yunanıstan neonasist partiyanın mayın 21-də keçiriləcək seçkilərdə iştirakını yasaqlayıb