Belçikanın hökumət binalarında zəhərli məktublar tapılıb

Belçikanın hökumət binalarında zəhərli məktublar tapılıb

Belçika polisi ölkənin hökumət binalarında tərkibində zəhər (brusin) olan məktublar aşkar edib.

APA-nın xəbərinə görə, bu barədə “Politico” məlumat yayıb.

"Polis Brüsseldəki bir neçə dövlət idarəsində brusin adlı zəhərli ağ toz olan məktublar tapıb", - qəzet yazır.

Brusin insanın mərkəzi sinir sistemini zədələyən, ətraflarda, boyun və üz əzələlərində spazmlara səbəb olan zəhərdir. Bu zəhərin təsirinin bir xüsusiyyəti səs və işığa məruz qaldıqda konvulsiyaların güclənməsidir. Bununla belə, brusin yalnız tənəffüs yolu ilə və ya bədənə başqa bir şəkildə daxil olduqda təhlükəli olur.

Brusin olan zərfləri alanlardan heç biri xəsarət almayıb, polis göndərənin kimliyini müəyyənləşdirir.