Baş Prokurorluq: Meyit qalıqları ilə bağlı ekspertizalar yalnız ölkə daxilində aparılır

Baş Prokurorluq: Meyit qalıqları ilə bağlı ekspertizalar yalnız ölkə daxilində aparılır

Aşkar olunmuş meyit qalıqları ilə bağlı aparılan ekspertizalar yalnız ölkə daxilində həyata keçirilir.

APA xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı Selcan Familzadə meyit qalıqları ilə bağlı aparılan ekspertizalarla üzrə zəruri hallarda xarici ölkələrdən dəstək alınıb-alınmamasına aydınlıq gətirərkən bildirib.

O qeyd edib ki, müvafiq ekspertizalar yalnız ölkə daxilində həyata keçirilir, bunun üçün bütün zəruri və mütəxəssislər, təcrübəli, ixtisaslı ekspertlər var: “Daha konkret desək, təyin olunmuş ekspertizaların icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinə tapşırılıb”.