Macarıstanın müdafiə naziri: “Qərb Ukraynada silahı və pulu ilə Rusiyaya qarşı müharibə aparır”

Macarıstanın müdafiə naziri: “Qərb Ukraynada silahı və pulu ilə Rusiyaya qarşı müharibə aparır”

“Qərb strateji baxımdan buna hazır olmasa da, Ukraynada silahı və pulu ilə Rusiyaya qarşı müharibə aparır”.

“Report” xəbər verir ki, bu fikri Macarıstanın müdafiə naziri Kristof Salay-Bobrovnicki deyib.

Qonşu ölkədə baş verənləri dəhşətli qırğın adlandıraraq, onların Avropada güc balansını və iqtisadi vəziyyəti dəyişdiyini qeyd edib:

“Biz ukraynalıların Qərbin pulu, silah və sursatları ilə vuruşduğu bir müharibə aparırıq. Eyni zamanda, Qərbin ixtiyarında olan nə silah sistemləri, nə döyüş sursatları, nə də digər materiallar Ukraynada sonu olmayan hərbi əməliyyatların aparılması üçün strateji cəhətdən hazır deyildi”.

O vurğulayıb ki, Macarıstanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır:

“Dərhal atəşkəs və sülh danışıqları lazımdır. Macarıstan hələ də Ukraynaya silah verməyəcək, heç bir təzyiq altında bu mövqeyini dəyişməyəcək”.