Ceyk Sallivan: Rusiya nüvə qurğusu daşıya bilən peyk hazırlayır

Ceyk Sallivan: Rusiya nüvə qurğusu daşıya bilən peyk hazırlayır

“ABŞ əmindir ki, Rusiya nüvə qurğusu daşıya bilən peyk hazırlayır.

“Report”un məlumatına görə, bu açıqlama ilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan çıxış edib.

Bəyanat BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermə zamanı Rusiyanın ABŞ və Yaponiyanın kosmosda nüvə silahının yerləşdirilməsinin qadağan edilməsi ilə bağlı təklif etdiyi qətnaməyə veto qoymasından sonra verilib.

“ABŞ hesab edir ki, Rusiya nüvə qurğusu ilə yeni peyk hazırlayır. Biz prezident Putinin açıq şəkildə Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək niyyətində olmadığını söylədiyini eşitmişik. Lakin belə olsaydı, Rusiya qətnaməyə veto qoymazdı”, - deyə Sallivan bildirib.