Azərbaycan cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Kamoliddin Baxtiyarovu (Özbəkistan) məğlub edib.

Bu gün Azərbaycanın daha 3 cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq:

Yaşar Nəcəfov (66 kq) – Villian Lima (Braziliya)

Rəşad Yelkiyev (66 kq) – Rüfət Aleskerov (AIN)

Aydan Vəliyeva (52 kq) – Ariane Toro Soler (İspaniya)

Qeyd edək ki, Azərbaycan yığmasının bu gün mübarizəyə qoşulan digər 11 cüdoçusu uğursuz çıxış edib.