Putin Navalnının ölümü barədə məlumatlandırılıb

Putin Navalnının ölümü barədə məlumatlandırılıb

Kreml Aleksey Navalnının cəzaçəkmə müəssisəsində ölümünü şərh edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Federal Penitensiar Xidmətin bütün yoxlamalarla məşğul olduğunu bildirib.

Peskov Navalnının ölümü barədə Prezident Vladimir Putinin məlumatlandırıldığını qeyd edib.

Kremlin sözçüsü məlum hadisə ilə bağlı xüsusi təlimatlara ehtiyac olmadığını da bildirib. Peskov vurğulayıb ki, Navalnının ölüm səbəbini həkimlər müəyyən etməlidir.