Netanyahunun Ofisi hələ Fələstin dövlətinin yaradılmasının müzakirəsi niyyətində deyil

Netanyahunun Ofisi hələ Fələstin dövlətinin yaradılmasının müzakirəsi niyyətində deyil

İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi bildirib ki, hazırda ölkə hakimiyyəti Fələstin dövlətinin yaradılması ilə bağlı müzakirələri qəbul etmir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanasının sözçüsü Avi Hayman bildirib.

“İndi Fələstin Milli Administrasiyası HƏMAS-ın oktyabrın 7-də törətdiyi hücumu pisləyənə qədər Fələstin xalqına hədiyyələr barədə danışmağın vaxtı deyil”, - “The Times of Israel” onun sözlərini sitat gətirib.

“İndi qələbənin, HƏMAS üzərində tam qələbənin vaxtıdır”, o vurğulayıb.

Daha əvvəl “The Washington Post” adı açıqlanmayan amerikalı və ərəb diplomatlarına istinadən yazıb ki, ABŞ, Fələstin, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və İordaniya nümayəndələri israillilərlə fələstinlilər arasında uzunmüddətli sülh planı üzərində işləyirlər. Plan bir neçə həftə sonra təqdim ediləcək. Qəzza zolağında mümkün altı həftəlik atəşkəsin planın açıqlanmasına, dəstəklənməsinə və həyata keçirilməsinə, o cümlədən keçid dövrü Fələstin hökumətinin yaradılmasına imkan verəcəyi gözlənilir.