Olaf Şolts: Qalıq yanacaqdan istifadənin azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir

Olaf Şolts: Qalıq yanacaqdan istifadənin azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir

Qalıq yanacaqdan istifadənin azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.

"Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarının qalıq yanacaq istehsal edən ölkələrdə keçirilməsini şans kimi qiymətləndirdiyini söyləyib:

"Çünki burada şanslar yaranır, təbii ki, maliyyələşdirmə məsələlərini də nəzərə almaq lazımdır. Düşünürəm ki, bu kimi ölkələrin konfransa qatılması böyük şansdır. Qalıq yanacağın miqdarının azaldılması da iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir. Fikrimcə, COP29 çox uğurlu olacaq və bu cür tədbirin keçiriləcəyinə sevinirəm".