NATO Ukraynaya bir milyon PUA tədarük edəcək

NATO Ukraynaya bir milyon PUA tədarük edəcək

Müttəfiqlər qrupu Ukraynaya bu il ərzində bir milyon PUA toplayıb tədarük etməyə hazırlaşır.

“Report” “LIGA.net”ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə bildirib.

Onun sözlərinə görə, NATO-nun 20 müttəfiq üzvü Ukraynanın minalardan təmizlənməsi üçün koalisiya yaratmaq məsələsində də razılığa gəlib:

“Bunlar Ukrayna əhalisinin qorunmasına yardım edəcək”.