Birxeber.az / NATO Ukraynaya bir milyon PUA tədarük edəcək

NATO Ukraynaya bir milyon PUA tədarük edəcək

15-02-2024, 19:40

Müttəfiqlər qrupu Ukraynaya bu il ərzində bir milyon PUA toplayıb tədarük etməyə hazırlaşır.

“Report” “LIGA.net”ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə bildirib.

Onun sözlərinə görə, NATO-nun 20 müttəfiq üzvü Ukraynanın minalardan təmizlənməsi üçün koalisiya yaratmaq məsələsində də razılığa gəlib:

“Bunlar Ukrayna əhalisinin qorunmasına yardım edəcək”.

Geri qayıt