Xaçmazda TIR-la "Mercedes" toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB-1
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Mürşüdoba kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən Birxeber.Az-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, iki “Mercedes” markalı yük avtomobillərinin toqquşması nəticəsində 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
17.33
Gəndob-Yalama avtomobil yolunda, Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən baş verən qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Birxeber.Az-nın məlumatına görə, qəza nəticəsində Üzeyir Novruzov aldığı xəsarətlərdən dünyasını dəyişib. Xəsarət alan Cavid Qonaqbəyov və Balakişi Məmmədova Xaçmaz rayon Mərkəzi Xəstəxanasında yardım göstərilib.
Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
***
16.27
Gəndob-Yalama avtomobil yolunda, Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Birxeber.Az-nın Şimal bürosu xəbər verir ki, TIR və “Mercedes” markalı yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Onlar deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının və FHN-nin əməkdaşları cəlb olunub.
Qəza nəticəsində qısa müddətdə Xaçmaz-Xudat yolu bağlanıb.
Faktla bağlı araşdırma aparılır.