Avropa Komissiyasının rəhbəri Gürcüstandakı vəziyyətdən narahatdır

Avropa Komissiyasının rəhbəri Gürcüstandakı vəziyyətdən narahatdır

Gürcüstan yol ayrıcındadır – o, Avropaya doğru yolda qalmalıdır.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "X"dəki hesabında yazıb.

“Mən Gürcüstandakı vəziyyəti böyük narahatlıqla izləyirəm və Tbilisi küçələrində baş verən zorakılığı pisləyirəm. Gürcü xalqı öz ölkəsi üçün Avropanın gələcəyini istəyir. Gürcüstan yol ayrıcındadır. O, Avropaya doğru yolda qalmalıdır”, - fon der Lyayen yazıb.