İndoneziyada Ruanq vulkanının püskürməsi nəticəsində 12 min sakin təxliyə edilib

İndoneziyada Ruanq vulkanının püskürməsi nəticəsində 12 min sakin təxliyə edilib

İndoneziyada Ruanq vulkanında davam edən vulkanik fəaliyyətlər səbəbindən bölgədəki 12 min sakinin təxliyəsinə qərarı verilib.

Birxeber.Az xarici mediaya istinadla xəbər verir ki, vulkanın püskürdüyü küllər Malayziyaya doğru istiqamətlənib.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzinin açıqlamasına görə, vulkanda ən az üç şiddətli partlayış olub, nəticəsində yaranan kül buludları 5 min metr hündürlüyə qalxıb və 1000 kilometr ərazini əhatə edib.

Vulkan püskürmələri nəticəsində ətrafa yayılan kül səbəbindən hava nəqliyyatında ciddi problemlər yaşanıb və bölgədəki 7 hava limanında uçuşlar tamamilə dayandırılıb.

Qeyd edək ki, 2018-ci ildə İndoneziyada Anak Krakatoa vulkanının püskürməsi nəticəsində sunami baş vermiş, təbii fəlakət nəticəsində 426 nəfər həyatını itirmiş, on minlərlə insan yaralanmışdı.